Mövləvi Əbdülhəmid: “Armita Gəravənd” insidentinin ətraflı araşdırılmalıdır

   Mövləvi Əbdülhəmid:    “Armita Gəravənd” insidentinin ətraflı araşdırılmalıdır
  07 Oktyabr 2023    Oxunub:1110
Zahidanın sünni imamı Mövləvi Əbdülhəmid “Armita Gəravənd” hadisəsinə etiraz olaraq, hökumətdən bu mövzuda “diqqətli araşdırma" aparmağı və “cinayətkar zabit”lə məşğul olmağı tələb edib.
AzVision.az xəbər verir ki, cümə Əbdülhəmid həftəlik çıxışında metroda hicaba görə polis zabitinin ona qarşı zorakılığı nəticəsində komaya düşmüş tələbə qzızın indi təkcə İranı deyil hətta bütün dünyanı narahat etdiyini bildirib.

“Hər hansı bir qanun pozuntusuna yol vermiş zabitə qarşı tədbir görülməlidir. Ölkədə sülh gətirə biləcək yeganə şey ədalətin bərqərar olması və günahkarların cəzalandırılmasıdır. Güc heç nəyə cavab vermir və cavab verə biləcək yeganə şey xalq hakimiyyətidir”, - Əbdülhəmid deyib.
AzVision.az


Teqlər: İran   zorakılıq  





Xəbər lenti