İranda həbsdə olan fransalı turistin ailəsi Aİ-dən narazıdır

İranda həbsdə olan fransalı turistin ailəsi Aİ-dən narazıdır
  07 Oktyabr 2023    Oxunub:796
Həbsindən bir il keçsə də Avropa İttifaqı İranda həbsdə olan Fransa vətəndaşı Lui Arnunun İran həbsxanalarından azad edilməsi üçün “effektiv” addım atmayıb.
AzVision.az xəbər verir ki, 35 yaşlı fransalı məhbusun atası Jan-Mişel Arnunun “Euronews”a müsahibəsində İranda ötən payızda keçirilən etiraz aksiyalarında iştirakla bağlı Lui-yə qarşı irəli sürülən ittihamlar “əsassızdır”.

“Fransa Xarici İşlər nazirliyindən gələn zəng və övladımızın həbsi xəbəri ən ağrılı an idi. Xəbəri eşidəndə şok keçirdik. Biz bilirdik ki, bu ölkə adi, normal ölkə deyil, İrandır. Luiyə qarşı ittihamlar tamamilə əsassızdır. O, İtaliya, Polşa və İrandan olan bir neçə digər turistlə birlikdə həbs edilib. İran digərlərini azad edib, lakin o, hələ də həbsdədir”, - Jan-Mişel Arnu deyib.

May ayında İran digər fransız turist Benjamin Brier və Fransa-İrlandiya vətəndaşı Bernard Fillanı üç illik həbsdən sonra azad edib, lakin dörd Fransa vətəndaşı təhlükəsizlik ittihamı ilə hələ də İran həbsxanalarındadır.

Səyahətinə İtaliyadan bel çantası ilə başlayan Lui Yunanıstandan Türkiyəyyə, Gürcüstana və Ermənistana gedib. “Qadın, Həyat, Azadlıq” şüarı altında keçirilən ketləvi etiraz aksiyaları zamanı isə İrana gəlib. Lui Arnu və onun yoldaşları həbs olunduqları gün 30 yaşlı iranlı qız dostunun ad gününü qeyd etmək üçün parka gediblər və SEPAH agentləri tərəfindən həbs olunublar.
AzVision.az



Teqlər: İran   turist  





Xəbər lenti