İsraildən ən son görüntülər - VİDEO

   İsraildən ən son görüntülər -    VİDEO
  07 Oktyabr 2023    Oxunub:1272
Bu gün səhər saatlarında Qəzza zolağından İsrail ərazisinə raket hücumları başlayıb. Təl-Əviv ərazisi və ətrafı da daxil olmaqla, ölkənin bir çox yerində səhər saat altının yarısından etibarən həyəcan siqnalları davamlı olaraq səslənir. HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.
Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb. Baş verənlər kontekstində İsraildə hərbi vəziyyət elan olunub və müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.

İsrail ordusu terrorla mübarizə əməliyyatını “Dəmir Qılınclar” adlandırıb. İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivə gedib və orada tezliklə təhlükəsizlik qüvvələrinin rəhbərliyi ilə təcili görüş keçirib.

Təl-Əviv rəhbərliyi şəhərdəki bütün kütləvi tədbirləri ləğv edib və şəhər çimərliklərini bağlayıb.

Hazırda İsrail mediası Qəzzaya yaxın şəhərlərdən onlarla dinc sakinin öldürüldüyünü yazır. ​​​​​"The Times of Israel" qəzetinin məlumatına görə, azı 6 nəfər həlak olub, 200-dən çox insan yaralanıb. İsrailin təcili yardım xidməti Magen David Adomun məlumatına görə, bir nəfər ölüb, ən azı 15 israilli yaralanıb.

HƏMAS-dan isə bildirilib ki, 35-ə yaxın İsrail vətəndaşı və bir neçə hərbçi girov götürülüb.

İsraildən ən son görüntüləri təqdim edirik:






AzVision.az



Teqlər:





Xəbər lenti