"Əsas gündəliyimiz Yaxın Şərqdən Qafqazadək qan axıdılmasını dayandırmaqdır" - Ərdoğan

   "Əsas gündəliyimiz Yaxın Şərqdən Qafqazadək qan axıdılmasını dayandırmaqdır" -    Ərdoğan
  07 Oktyabr 2023    Oxunub:1127
Əsas gündəliyimiz Yaxın Şərqdən Qafqaza, Balkanlardan Qara dənizə qədər bölgədə qan axıdılmasını dayandırmaqdır.
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin IV növbədənkənar qurultaya qatılmaq üçün getdiyi Ankara idman sarayının qarşısında vətəndaşlara müraciətində deyib.

"Türkiyə olaraq bütün tərəfləri İsraildə bu səhər baş verən hadisələr fonunda təmkinli davranmağa və gərginliyi daha da artıracaq impulsiv addımlardan uzaq durmağa çağırırıq", Ərdoğan əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti