Xocalıda itkin düşmüş şəxslərlə bağlı ekshumasiya işləri aparılacaq

   Xocalıda itkin düşmüş şəxslərlə bağlı ekshumasiya işləri aparılacaq
  07 Oktyabr 2023    Oxunub:1017
Komissiya Xocalı rayonu ərazisində I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerlərində qazıntı və ekshumasiya işlərini aparacaq.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından AzVision.az -a verilən məlumata görə, Dövlət Komissiyası I Qarabağ müharibəsində itkin düşmüş bütün Azərbaycan vətəndaşlarının, həmçinin Natiq Qasımovun axtarışlarını davam etdirir.

“Təəssüf ki, Natiq Qasımovun dəfn yeri barədə Dövlət Komissiyasında məlumat yoxdur. Ancaq ehtimal etmək olar ki, onun meyiti Xocalı rayonu (keçmiş Əsgəran) ərazisində dəfn edilmişdir. Dövlət Komissiyası işğaldan azad edilmiş bütün ərazilərimizdə, həmçinin Xocalı rayonu ərazisində I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid ehtimal edilən məzar yerlərində qazıntı və ekshumasiya işlərini aparacaqdır”,- deyə məlumatda qeyd edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti