Türkiyə PKK-ya qarşı ən böyük hava hücumunu həyata keçirib

   Türkiyə PKK-ya qarşı ən böyük hava hücumunu həyata keçirib
  07 Oktyabr 2023    Oxunub:1001
Türkiyə Hərbi Hava Qüvvələri Suriyanın şimalında PKK və PYD terror təşkilatlarına qarşı ən böyük hava əməliyyatını həyata keçirib.
Bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb. Qeyd edilib ki, reyddə 30 döyüş təyyarəsi iştirak edib. Əməliyyat 40-50 km dərinlikdə aparılıb, silahlıların bazalarına, PKK-ya məxsus neft quyularına və Tell-Rifaat, Cizirə və Derik bölgələrindəki yanacaq-sürtkü materialları anbarları bombalanıb.

Türkiyə Müdafiə Nazirliyi bundan əvvəl əməliyyat zamanı PKK-nın 15 hədəfinin və xeyli sayda yaraqlının məhv edildiyini bildirmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti