Prezidentliyinə namizədi öldürən 6 nəfər həbsxanada qətlə yetirildi

   Prezidentliyinə namizədi öldürən 6 nəfər həbsxanada qətlə yetirildi
  07 Oktyabr 2023    Oxunub:839
Ekvadorda avqustda keçiriləcək prezident seçkilərində namizədi qətlə yetirməkdə şübhəli bilinərək həbs edilən altı kolumbiyalı Quayakil həbsxanasında öldürülüb.
Bu barədə Associated Press rəsmi mənbələrə istinadən xəbər verib. Həbsxana rəhbərliyi bildirib ki, Litoral Cəzaçəkmə Müəssisəsində öldürülən altı məhbus keçmiş prezidentliyə namizəd Fernando Vilyavisensionun qətlində ittiham olunan şəxslərdir.

Littoral Ekvadorun ən böyük və ən təhlükəli həbsxanalardan biri hesab olunur: son üç il ərzində burada ölümlə nəticələnən bir neçə iğtişaş baş verib.

AzVision.az


Teqlər:





Xəbər lenti