İsrail günün sonunadək“HƏMAS” silahlılarını ölkədən çıxaracağına ümid edir

 İsrail günün sonunadək“HƏMAS” silahlılarını ölkədən çıxaracağına ümid edir
  07 Oktyabr 2023    Oxunub:996
İsrail Müdafiə Qüvvələri bu günün sonuna kimi "HƏMAS" yaraqlılarının ölkə ərazisindən təmizlənməsini başa çatdırmağa ümid edir.
AzVision.az xəbər verir ki, bunu CNN telekanalına İsrail Müdafiə Qüvvələrinin sözçüsü Riçard Heht deyib.

“Biz bütün diqqətimizi gücümüzü qorumağa yönəltmişik. Biz danışdıqca döyüşlər davam edir. Ümid edirik ki, günün sonuna qədər İsrail daxilində terrorçular sağ qalmayacaq. Biz yavaş-yavaş ərazilərin təhlükəsizliyini təmin edirik və daxil olan bütün terrorçularla məşğul olmağa çalışırıq”, - Riçard Heht vurğulayıb.

AzVision.az



Teqlər: İsrail   HƏMAS  





Xəbər lenti