Əfqanıstanda zəlzələ: Ölənlərin sayı 2 mini keçib - Yenilənib

      Əfqanıstanda zəlzələ:    Ölənlərin sayı 2 mini keçib -  Yenilənib
  08 Oktyabr 2023    Oxunub:1648
Qərb mediası Əfqanıstanın qərbində baş verən zəlzələ qurbanlarının sayının iki min nəfəri keçdiyini bildirir.
"Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2053-ə çatıb, 9240 yaralı var, 1329 evə ziyan dəyib və ya dağılıb", - Reuters təbii fəlakət nazirliyinə istinadən yazır.
***
Əfqanıstanın qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 500-ə çatıb.
Bu barədə “Reuters” Qızıl Aypara Cəmiyyətinin sözçüsü Erfanullah Şərəfzoiyə istinadən məlumat yayıb. Bildirilib ki, yaralananların sayı mini keçib.

Qeyd edək ki, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi ölkənin qərbində 6,4 bal gücündə bir neçə zəlzələ olması barədə məlumat verib.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti