İsrail ordusu HƏMAS-ın hədəflərinə zərbələr endirib

   İsrail ordusu  HƏMAS-ın hədəflərinə zərbələr endirib
  08 Oktyabr 2023    Oxunub:1610
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın 10 hədəfini, o cümlədən hərəkatın kəşfiyyat qərargahını vurduğunu bildirib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin telegram kanalında məlumat verilib.

“Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri HƏMAS terror təşkilatının on hədəfinə hücum edib.Hədəflər Qəzza zolağında HƏMAS terror təşkilatının istifadə etdiyi çoxmərtəbəli binalarda olub”, - deyə məlumatda bildirilir.

Qeyd edildiyi kimi, vurulan hədəflər arasında HƏMAS-ın kəşfiyyat qərargahı, həmçinin HƏMAS hava qüvvələrinin istifadə etdiyi hərbi kompleks də var.

“Paralel olaraq, İsrail Müdafiə Qüvvələri HƏMAS terror təşkilatına məxsus iki banka zərbə”, - İsrail ordusu əlavə edib.

Bundan əvvəl “Times of Israel” qəzeti Fələstin-İsrail münaqişəsinin qızışması nəticəsində yaralananların və xəstəxanaya yerləşdirilənlərin sayının 1864-ə yüksəldiyini yazıb.“Jerusalem Post” qəzeti isə 1,5 mindən çox insanın yaralandığını bildirib.

Fələstinin HƏMAS hərəkatının hərbi qanadı şənbə günü İsrailə qarşı "Əl-Əqsa tufanı" əməliyyatını elan edib. İsrail Müdafiə Qüvvələri isə öz növbəsində Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başladığını elan edib.

İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu bildirib və ehtiyatların geniş şəkildə səfərbər edilməsi əmrini verdiyini bildirib.

Əl-Qəssam Briqadaları (HƏMAS-ın hərbi qanadı) onlarla İsrail əsgər və zabitini əsir götürdüklərini bildiriblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti