Eyfel qülləsi İsrail bayrağının rəngləri ilə işıqlandırılacaq

   Eyfel qülləsi İsrail bayrağının rəngləri ilə işıqlandırılacaq
  08 Oktyabr 2023    Oxunub:1065
Eyfel qülləsi həmrəylik əlaməti olaraq İsrail bayrağının rəngləri ilə işıqlandırılacaq. Bu barədə Parisin meri Ann Hidalqo X sosial şəbəkəsindəki səhifəsində bildirib.
“HƏMAS-ın həyata keçirdiyi terror aktı qurbanlarının xatirəsinə bu gün axşam saat 23.00-da Eyfel qülləsinin işıqları söndürüləcək və sabah axşamdan etibarən İsrail bayrağının rənglərində işıqlandırılacaq”, - mer yazıb.

Şənbə günü səhər İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. İsrail ordusunun mətbuat xidməti 3 mindən çox raket atıldığını bildirib. Bundan əlavə, onlarla Həmas döyüşçüsü İsrailin cənubundakı sərhəd bölgələrinə sızıb.

“Times of Israel” qəzeti Fələstin-İsrail münaqişəsinin qızışması nəticəsində yaralananların və xəstəxanaya yerləşdirilənlərin sayının 1864-ə yüksəldiyini yazıb.“Jerusalem Post” qəzeti isə 1,5 mindən çox insanın yaralandığını bildirib.

Fələstinin HƏMAS hərəkatının hərbi qanadı şənbə günü İsrailə qarşı "Əl-Əqsa tufanı" əməliyyatını elan edib. İsrail Müdafiə Qüvvələri isə öz növbəsində Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başladığını elan edib.

İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu bildirib və ehtiyatların geniş şəkildə səfərbər edilməsi əmrini verdiyini bildirib.

Əl-Qəssam Briqadaları (HƏMAS-ın hərbi qanadı) onlarla İsrail əsgər və zabitini əsir götürdüklərini bildiriblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti