Münaqişədə həlak olan israillilərin sayı 600-ə çatıb

   Münaqişədə həlak olan israillilərin sayı 600-ə çatıb
  08 Oktyabr 2023    Oxunub:1054
Bu barədə Haaretz qəzeti yazır. Bundan əvvəl yerli i24 telekanalı azı 500 sakinin öldüyü barədə məlumat vermişdi.

Şənbə günü səhər İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. İsrail ordusunun mətbuat xidməti 3 mindən çox raket atıldığını bildirib. Bundan əlavə, onlarla Həmas döyüşçüsü İsrailin cənubundakı sərhəd bölgələrinə sızıb.

“Times of Israel” qəzeti Fələstin-İsrail münaqişəsinin qızışması nəticəsində yaralananların və xəstəxanaya yerləşdirilənlərin sayının 1864-ə yüksəldiyini yazıb.“Jerusalem Post” qəzeti isə 1,5 mindən çox insanın yaralandığını bildirib.

Fələstinin "HƏMAS" hərəkatının hərbi qanadı şənbə günü İsrailə qarşı "Əl-Əqsa tufanı" əməliyyatını elan edib. İsrail Müdafiə Qüvvələri isə öz növbəsində Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başladığını elan edib.

İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu bildirib və ehtiyatların geniş şəkildə səfərbər edilməsi əmrini verdiyini bildirib.

Əl-Qəssam Briqadaları (HƏMAS-ın hərbi qanadı) onlarla İsrail əsgər və zabitini əsir götürdüklərini bildiriblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti