ABŞ İsrailə hərbi yardım göndərəcək

   ABŞ İsrailə hərbi yardım göndərəcək
  08 Oktyabr 2023    Oxunub:886
Birləşmiş Ştatlar İsrailin əlavə hərbi yardım tələblərini nəzərdən keçirir və bunu bazar günü elan etmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken CNN telekanalına müsahibəsində deyib.

“İsrailin etdiyi konkret əlavə tələbləri nəzərdən keçiririk. Düşünürəm ki, bu gün bu məsələ ilə bağlı xəbərlər eşidəcəksiniz”, - o deyib.

Qeyd edək ki, dünən səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
AzVision.az


Teqlər:





Xəbər lenti