Netanyahu Almaniya, Ukrayna, İtaliya və Britaniyanın liderləri ilə danışıb

   Netanyahu Almaniya, Ukrayna, İtaliya və Britaniyanın liderləri ilə danışıb
  08 Oktyabr 2023    Oxunub:982
İsrailin baş naziri Benyamin Netanyahu bu gün Almaniya, Böyük Britaniya və İtaliya liderləri, həmçinin Vladimir Zelenski ilə telefon danışığı aparıb.
AzVision.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

"Bütün liderlər İsrailin lazım olduğu müddətcə özünü müdafiə etmək hüququna birmənalı dəstəyini ifadə ediblər",- məlumatda deyilir.

Qeyd edək ki, dünən səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti