Netanyahu bir gündə Baydenlə ikinci telefonla danışdı

   Netanyahu bir gündə Baydenlə ikinci telefonla danışdı
  08 Oktyabr 2023    Oxunub:1127
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenlə növbəti dəfə telefon danışığı aparıb. Bu barədə İsrail baş nazirinin ofisi bildirib.
“Baş nazir Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenlə danışıb... ABŞ prezidenti İsrail dövlətinə qeyd-şərtsiz dəstəyini bir daha təsdiqləyib”, - deyə məlumatda bildirilir.

Bu, Qəzza zolağı ilə gərginliyin artması fonunda iki lider arasında 24 saatdan az müddətdə ikinci söhbətdir.

AzVision.az




Teqlər:





Xəbər lenti