BMT Təhlükəsizlik Şurası İsrail və Fələstinlə bağlı iclas keçirir
ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vudun iclasdan əvvəl dediyi kimi, Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının bütün üzvlərindən HƏMAS-ın İsrailə hücumunu pisləmələrini gözləyir. Eyni zamanda o qeyd edib ki, hazırda rəsmi qınaq bəyanatı gözlənilmir.
Çinin BMT-dəki daimi nümayəndəsi Çjan Tszyun iclasdan əvvəl “Çin mülki şəxslərə qarşı edilən bütün hücumları pisləyir” deyib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: