Bayden tapşırıq verdi: Yaxın Şərqə 25 qırıcı göndəriləcək

      Bayden tapşırıq verdi:    Yaxın Şərqə 25 qırıcı göndəriləcək
  09 Oktyabr 2023    Oxunub:1060
ABŞ Prezidenti Cozef Bayden HƏMAS-ın hücumları ilə əlaqədar İsrailə əlavə hərbi yardım göndərilməsi barədə tapşırıq verib.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. “Ağ Evin Milli Təhlükəsizlik Qrupu prezident və vitse-prezidentə İsraildəki vəziyyətlə bağlı məlumat verib. Prezident HƏMAS-ın hücumu ilə əlaqədar İsrailə əlavə yardım göndərmək qərarına gəlib", - məlumatda bildirilib.

CNN telekanalı isə bildirib ki, ABŞ Qəzza zolağı ətrafında gərginliyin hökm sürdüyü bir vaxtda Yaxın Şərqə əlavə 20-25 “F-35” və “F-15” qırıcıları göndərəcək.

Qeyd edilib ki, qırıcıların göndərilməsində məqsəd İsrail sərhədlərindən kənarda hərbi əməliyyatların artmasının qarşısını almaqdır.


AzVision.az


Teqlər:





Xəbər lenti