Samirə Əfəndi ailəsi ilə birlikdə Bakıya qayıdıb - YENİLƏNİB

   Samirə Əfəndi ailəsi ilə birlikdə Bakıya qayıdıb -  YENİLƏNİB
  09 Oktyabr 2023    Oxunub:2163
Müğənni Samirə Əfəndi ailəsi ilə birlikdə İsraildən Bakıya qayıdıb.
AzVision.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Qeyd edək ki, müğənni daha əvvəl sosial mediada paylaşım edərək Tel-Əvivdən İstanbula uçduğunu bildirmişdi.

***
Müğənni Samirə Əfəndi ailəsi və meneceri ilə birlikdə İsraili tərk edə bilib.
Bu barədə o, sosial media hesabında bildirib. O, hava limanından foto paylaşaraq Tel-Avivdən İstanbula uçduğunu qeyd edib.

Xatırladaq ki, İsraildə konsert proqramı ilə çıxış edən Avroviziya təmsilçimiz və ailəsi HƏMAS-ın İsrailə raket zərbələri endirməsindən sonra sığınacağa yerləşdirilmişdi.

Qeyd edək ki, İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb.



AzVision.az


Teqlər:





Xəbər lenti