KTMT-nin təlimlərində 1,5 minə yaxın hərbçi iştirak edir

KTMT-nin təlimlərində  1,5 minə yaxın  hərbçi iştirak edir
  09 Oktyabr 2023    Oxunub:858
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qırğızıstanda keçirilən “Sarsılmaz Qardaşlıq 2023” hərbi təlimlərinin 1500-ə yaxın iştirakçısı olacaq.
AzVision.az xəbər verir ki, bu barədə Qırğızıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Təlimlərə 200-dən çox xüsusi, zirehli maşın və avtomobil texnikaları, hərbi nəqliyyat, ordu aviasiyası, pilotsuz uçuş aparatlar, döyüş katerləri cəlb olunub”, - məlumatda deyilir.

Qeyd olunur ki, təlimlərdə iştirak etmək üçün Rusiya, Qazaxıstan, Belarus və Tacikistanın hərbi kontingentləri artıq Qırğızıstanda məskunlaşıblar. Həmçinin təlimlərdə birgə qərargahın və KTMT Katibliyinin əməliyyat qrupları da iştirak edəcək.

Bu gün Qırğızıstanın İssık-Kul sahillərində yerləşən Edelveys poliqonunda KTMT-nin sülhməramlı qüvvələri ilə “Sarsılmaz Qardaşlıq-2023” birgə təliminin fəal mərhələsinin açılışı ilə bağlı təntənəli mərasim keçiriləcək.

Xatırladaq ki, bir müddət öncə Ermənistan oktyabrın 9-dan 13-dək Qırğızıstanda keçiriləcək KTMT-nin “Sarsılmaz qardaşlıq” hərbi təlimlərində iştirakdan imtina etdiyini açıqladı.
Tural Tağıyev
AzVision.az



Teqlər: KTMT  





Xəbər lenti