"İran İsrailə hücumda iştirak etmir"

   "İran İsrailə hücumda iştirak etmir"
  09 Oktyabr 2023    Oxunub:1010
İran İslam Respublikası İsrailə hücumda iştirak etmir, Fələstin rəhbərliyi qərarları müstəqil qəbul edir.
AzVision.az xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyi "Amwaj".media portalına məlumat verib.

"Fələstin müqavimət hərəkatı tərəfindən qəbul edilən qərarlar müstəqildir və hər zaman Fələstin xalqının qanuni maraqlarına uyğundur. Biz Fələstini qətiyyətlə dəstəkləyirik, lakin onun cavab hərəkətlərində iştirak etmirik, çünki onların qərarları yalnız Fələstinin özü tərəfindən qəbul edilir". daimi nümayəndəlikdən bildiriblər.

O, həmçinin iddia edir ki, İranın İsrailə hücumda iştirakı ilə bağlı xəbərlər İsrail hökumətinin “uğursuzluğu bəhanə etmək və bunu İranın kəşfiyyat gücü və əməliyyat planlaması ilə əlaqələndirmək” cəhdləri kimi şərh edilə bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti