"Budanovun bəyanatı BMT üçün soyuq duşdur" - Zaxarova
Rusiyalı diplomatın sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələri indiyə kimi Zaporojye Atom Elektrik Stansiyasın gələn zərbələrin istiqamətini müəyyən edə bilmədiklərini deyirdilər.
Zaxarova həmçinin qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə Kiyev hakimiyyətinin AES-dən çantaj vasitəsi kimi istifadə edib.
"Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə bəyan edib ki, Zelenski rejimi AES-dən “çirkli nüvə silahı” kimi istifadə edir. Kiyev onunla avropalıları şantaj edir. Rusiya Ukrayna Silahlı Qüvvələri tərəfindən Zaporojya AES-in atəşə tutulmasını təsdiqləmək üçün bütün ixtisaslaşdırılmış qurumlara məlumat verib", - Rusiya rəsmisi əlavə edib.
Tural Tağıyev
AzVision.az