Erməni vəkil: "Bizim XİN 5 min əsgərimiz öləndə şokda deyildi"

   Erməni vəkil:    "Bizim XİN 5 min əsgərimiz öləndə şokda deyildi"
  09 Oktyabr 2023    Oxunub:869
Ermənilərin tanınmış və müxalif fikirləri ilə seçilən vəkillərindən olan Vaan Hovannisyan ölkə rəhbərliyini tənqid edən fikirlər səsləndirib.
O, Ermənistan diplomatiyasının anormal bəyanatlarını şərh edərkən deyib ki, indiki rəhbərlər üçün erməni xalqının heç bir önəmi yoxdur: "Ermənistan Xarici İşlər Nazirliyi rəsmi bəyanatında qeyd edib ki, fələstinlilərlə İsrail arasında yaşanan zorakı hadisələrdən şoka düşüb. 21-ci əsrdə 5000 qurbanımız olanda, mühacirətlər baş verəndə, generallar, "prezidentlər",(Separatçıları nəzərdə tutur-red.) həbs olunanda Ermənistan Xarici İşlər Nazirliyi şoka düşməmişdi. Nə üçün şokda olmurdunuz? Axı onların hamısı erməni idi?".

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti