ABŞ: "HƏMAS-ın hücumu ilə İranın pullarının sərbəst buraxılması arasında əlaqə yoxdur"

   ABŞ:    "HƏMAS-ın hücumu ilə İranın pullarının sərbəst buraxılması arasında əlaqə yoxdur"
  09 Oktyabr 2023    Oxunub:1008
İranın bloklanmış milyardlarla dollarlıq maliyyə resurslarının sərbəst buraxılmasından sonra HƏMAS-ın İsrailə hücumu ilə bağlı tənqid və fərziyyələrdən sonra Co Bayden hökuməti bu məbləğlərin bir sentinin belə İrana köçürülmədiyini bildirir.
AzVision.az xəbər verir ki, ABŞ Dövlət departamentinin sözçüsünü Metyu Millerin sözlərinə görə, İranın azad etdiyi resurslar Qətərin paytaxtı Dohada məhdud hesablarda yerləşir.

“O pulların bir qəpiyi belə istifadə olunmayıb və heç vaxt İrana verilməyəcək. Bu məbləğlər gələcəkdə yalnız humanitar malların alınmasına sərf olunacaq. Bu fakta zidd olan hər hansı şərh yanlış və yanıltıcıdır”, - Miller deyib.

ABŞ Maliyyə nazirinin Terrorizm və Maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelson da öz Twitter hesabında analoji kontekstdə şərh verib.

- İranın sərbəst buraxılmış bütün aktivləri beş amerikalının azad edilməsi ilə bağlı tədbirlər çərçivəsində Dohada məhdud hesablarda saxlanılır. Bu məbləğlər Dohada qalıb və indiyədək bir sent belə xərclənməyib. Bu məhdud maliyyə resursları İrana ötürülə bilməz və gələcəkdə yalnız humanitar əşyaların alınması ilə bağlı məqsədlər üçün istifadə olunacaq”, - maliyyə kəşfiyyatçısı yazıb.

Lakin ABŞ-da 2024-cü il prezident seçkilərində potensial namizədlərdən biri olan senator Ron Desantis ABŞ-la məhbus mübadiləsi sazişi çərçivəsində İranın bloklanmış resurslarının azad buraxılmasını tənqid edib:

“İran Həmas-ın İsrailə hücumunu maliyyələşdirməyə, Co Baydenin asanlaşdırıcı siyasəti isə İranın xəzinəsini doldurmağa kömək edib. İsrail indi bu siyasətlərin bədəlini ödəyir”, - senator bildirib.
AzVision.az


Teqlər: İran   ABŞ  





Xəbər lenti