Ermənistandan ABŞ-a saxta miqrantlar belə göndərilib - VİDEO

Ermənistandan ABŞ-a saxta miqrantlar belə göndərilib    - VİDEO
  09 Oktyabr 2023    Oxunub:998
Ermənistanda qanunsuz miqrasiya ilə məşğul olan şəxslər saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb. Qeyd edilir ki, işin materiallarına əsasən, İrəvan sakini A.M. və "Прогрессив Нолиджис"-in direktoru R.M. 2023-cü ilin fevral-aprel aylarında Ermənistan vətəndaşlarının ABŞ-a qanunsuz miqrasiyasını təşkil edərək G.S. və R.P-nin hər birindən 15 min ABŞ dolları alıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları A.M. və R.M-nin mənzillərində və turist şirkətinin ofisində axtarış aparıblar. Həmçinin şirkətin xidmətlərindən istifadə edən məlum vətəndaşların mənzillərinə də baxış keçirilib. Buradan saxta diplomlar, saxta əmək haqqı arayışları, möhürlər, kompüterlər, mobil telefonlar və s. aşkar edilərək götürülüb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti