İsraildə müharibə: 48 saata 300 min əsgər səfərbər edildi

      İsraildə müharibə:    48 saata 300 min əsgər səfərbər edildi
  09 Oktyabr 2023    Oxunub:1241
Fələstinin HƏMAS hərəkatı ilə 48 saatlıq müharibə zamanı 300 min ehtiyatda olan əsgər İsrail Müdafiə Qüvvələrinə səfərbər edilib.
Bunu İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Həcəri bildirib. Onun sözlərinə görə, Qəzza zolağından olan fələstinli radikallar oktyabrın 7-dən İsrailə 4 mindən çox raket atıblar.

O, həmçinin vurğulayıb ki, İsrail hərbçiləri ölkənin cənubunda yaraqlıların nüfuz etdiyi bütün yaşayış məntəqələrinə nəzarəti bərpa edib. O, ayrı-ayrı silahlıların hələ də ölkədə ola biləcəyini etiraf edib.

Kontr-admiral həmçinin bildirib ki, Qəzza zolağında dağıdılmış sərhəd sədləri tanklar, döyüş helikopterləri və pilotsuz uçuş aparatları ilə qorunur. Sərhəddə yerləşən 24 şəhərdən 15-i boşaldılıb, qalanları isə yaxın vaxtlarda təxliyyə olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti