İsraildən mühüm əməliyyat: Qəzza ilə həmsərhəd yaşayış məntəqələri nəzarətdədir

      İsraildən mühüm əməliyyat:    Qəzza ilə həmsərhəd yaşayış məntəqələri nəzarətdədir
  09 Oktyabr 2023    Oxunub:1168
İsrail Müdafiə Qüvvələri Qəzza zolağı ilə sərhədə yaxın bütün yaşayış məntəqələrinin hərbi nəzarət altında olduğunu bildirib. Bu barədə The Times of Israel xəbər verir.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həqarinin sözlərinə görə, İsrail əsgərləri Qəzza zolağı ilə sərhəddə yerləşən bütün qəsəbələrə nəzarəti bərpa edib və şəhərlərin heç birində döyüş yoxdur.

Bununla belə, İsrail ordusunun sözçüsünə görə, ərazidə hələ də terrorçular ola bilər. O, həmçinin bildirib ki, Qəzza zolağında dağıdılmış sərhəd sədləri tanklar, döyüş helikopterləri və pilotsuz uçuş aparatları ilə qorunur. Sərhəddə yerləşən 24 şəhərdən 15-i boşaldılıb, qalanları isə yaxın vaxtlarda təxliyyə olunacaq.

Həqari bildirib ki, hərbi əməliyyatlar başlayandan bəri İsrailə 4400-ə yaxın raket atılıb.

Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və "Əl-Əqsa Daşqını" əməliyyatının başladığını elan edib. Öz növbəsində İsrail HƏMAS-a qarşı "Dəmir Qılıncla"r əməliyyatına başlayıb. İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti