Türkiyə ordusu 150 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu 150 terrorçunu zərərsizləşdirib
  09 Oktyabr 2023    Oxunub:733
Türkiyə Silahlı Qüvvələri oktyabrın ilk həftəsində Suriya və İraqda 150 terrorçunu zərərsizləşdirib.
Belə ki, oktyabrın 1-dən 8-dək Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın və Suriyanın şimalinda PKK/PYD qruplaşmalarına qarşı apardığı əməliyyatların gedişində 150-dən çox terrorçu zərərsizləşdirilib, terror təşkilatlarının obyektləri və gəlir mənbələri sıradan çıxarılıb.

Ekspertlərin fikrincə, Türkiyə Silahlı Qüvvələri ölkənin cənub sərhədləri yaxınlığında genişmiqyaslı quru əməliyyatına başlaya bilər. İraq və Suriyada əməliyyatlar keçirmək üçün ordunun mandatı var və mandatın uzadılması məsələsi oktyabrın sonunadək parlamentdə müzakirə olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti