"İrana qarşı istənilən axmaq hərəkətə sarsıdıcı cavab verəcəyik" - Kənani

"İrana qarşı istənilən axmaq hərəkətə sarsıdıcı cavab verəcəyik"    - Kənani
  09 Oktyabr 2023    Oxunub:898
"İran Fələstin-İsrail münaqişəsinin gərginləşməsi ilə əlaqədar İslam Respublikasına qarşı istənilən hərəkətə cavab verəcək".
AzVision.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib.

İranın Fələstinin HƏMAS hərəkatını İsrailə hücuma görə dəstəkləməsi ilə bağlı Tehrana qarşı təhdidləri şərh edən diplomat düşmənlərinə xəbərdarlığını da verib: "İranı təhdid edən hər kəs bilməlidir ki, ölkəmizə qarşı istənilən axmaq hərəkət sarsıdıcı cavabla qarşılaşacaq".

Jurnalistlərin İranın HƏMAS və İsrail arasında atəşkəslə bağlı razılığa çalışıb-çalışmamasına dair sualını cavablandıran Kənani deyib ki, mövcud vəziyyətlə bağlı qərarı Fələstin xalqı verir: “Biz bölgədəki heç bir partiya, o cümlədən fələstinlilər üçün qərarlar qəbul etmirik”.

İran XİN rəsmisi Tehranın səylərinin İslam ölkələrinin Fələstin xalqını dəstəkləməsinə yönəldiyini vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran   Fələstin   İsrail  





Xəbər lenti