İsrailin müdafiə naziri əmr verdi: Qəzza tam blokadaya alınsın

      İsrailin müdafiə naziri əmr verdi:    Qəzza tam blokadaya alınsın
  09 Oktyabr 2023    Oxunub:1189
İsrailin müdafiə naziri Yoav Qalant Qəzza zolağının tam mühasirəyə alınmasını əmr edib. Orada qida, qaz və enerji təchizatı dayandırılacaq.
"Mən Qəzza zolağının tam mühasirəyə alınması əmrini verdim. Nə elektrik, nə yemək, nə qaz olacaq, hər şey bağlıdır", - Qalant deyib.

Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və "Əl-Əqsa Daşqını" əməliyyatının başladığını elan edib. Öz növbəsində İsrail HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti