"Albatros"un sınağı uğurla tamamlanıb

"Albatros"un sınağı uğurla tamamlanıb
  09 Oktyabr 2023    Oxunub:894
Türkiyənin ASELSAN şirkəti tərəfindən hazırlanan Albatros pilotsuz dəniz gəmisinin (İDA) Mersində sınaq atışı uğurla tamamlanıb.
Roketsan istehsalı olan döyüş başlığını daşıyan Albatros Kamikaze İDA hədəf gəmiyə dəyib və partlayıb. Müvəffəqiyyətlə başa çatan sınaq atışları nəticəsində 22 metrlik hədəf gəmisi dəqiqələr ərzində suya batırılıb.

Qeyd edək ki, Albatros suda olan partlayıcının düşmən hədəflərini yüksək sürətlə vurub partlamasını təmin edən kamikadzedir. Fərqli naviqasiya birləşmələri tətbiq edə bilən Albatros sürü elementləri və hərəkətli/hərəkətsiz maneələrdən qaçaraq sürüdəki azalmaya qarşı missiyasını davam etdirmə qabiliyyətinə malikdir.

AzVision.az


Teqlər:





Xəbər lenti