İranlı deputat sərsəmlədi: "Qarabağ ermənilərindir"

      İranlı deputat sərsəmlədi:    "Qarabağ ermənilərindir"
  09 Oktyabr 2023    Oxunub:1210
İran parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Şəhriyar Heydəri Azərbaycan əleyhinə sərsəm fikirlər səsləndirib.
ParsToday-in yaydığı məlumata görə, o qeyd edib ki, guya ermənilər Qarabağdan qaçmağa məcbur ediliblər, bölgə isə "ermənilərə məxsus imiş" və bundan sonra da belə olacaq.

İranlı deputat azərbaycanlıları təhqir etdi - VİDEO
"Hazırda Qarabağ Ermənistan və Azərbaycan arasında "mübahisəli" ərazidir. Azərbaycan regiondankənar qüvvələrdən və sionist rejimdən istifadə edərək Ermənistan üzərində hərbi üstünlük qazanıb. Lakin bu situasiya Bakıya istədiyini ələ keçirməyə şərait yaratmamlıdır", - nəşr Heydərinin Azərbaycan əleyhinə olan açıqlamalarından sitat gətirib.

Eyni zamanda o, iddia edib ki, İran Ermənistan və Azərbaycan arasında olan problemləri dialoq yolu ilə həll etmək istəyir.

Heydəri anti-Azərbaycan fikirlərini davam etdirərək qeyd edib ki, "Qarabağ ənənəvi olaraq Ermənistana məxsusdur, insanların köçü isə Azərbaycan ordusunun açdığı atəşlər və hücumlarla bağlıdır".

Onun sözlərinə görə, bu köç Qarabağdakı ermənilərin "öz orijinallığını və milli kimliyini" itirməsi demək deyil.

Heydəri təxribatçı fikirlərinə onu da əlavə edib ki, “keçmişdə Ermənistanın işğal etdiyi, ərazilərin əksəriyyəti Azərbaycana məxsus olub və bu torpaqlar Bakı tərəfindən geri alınıb".

Eyni zamanda o, iddia edib ki, Azərbaycan hərbi baxımdan Ermənistandan üstün olduğu üçün İrəvan Qarabağı təslim etməyə məcbur olub.

AzVision.az



Teqlər:   İran   Deputat   Qarabağ   Ermənistan  





Xəbər lenti