"Azərbaycan səfirliyi yaxın vaxtlarda fəaliyyətini bərpa edə bilər" - Kənani

 "Azərbaycan səfirliyi yaxın vaxtlarda fəaliyyətini bərpa edə bilər"    - Kənani
  09 Oktyabr 2023    Oxunub:1159
İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bu gün keçirdiyi həftəlik brifinqdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin Tehrana səfəri ilə bağlı diqqət çəkən fikirlər səsləndirib.
O deyib: “Bu səfər ikitərəfli siyasi və iqtisadi məsələləri, eləcə də Qafqazda baş verən son hadisələri müzakirə etmək üçün həyata keçirilib. Səfər zamanı uğurlu danışıqlar və məsləhətləşmələr aparılıb”.

Diplomat həmçinin qeyd edib ki, “İran da öz prinsipial baxışı çərçivəsində bəyan edib ki, regional məsələlər siyasi dialoqlar çərçivəsində həll olunmalıdır. İran problemi həll etmək üçün üç üstəgəl üç mexanizmini təklif edib”.

Bundan başqa, Kənani Azərbaycan səfirliyi ilə bağlı mövzuya da toxunub. Kənani deyib: “Azərbaycanın Tehrandakı səfirliyinin yenidən açılması ilə bağlı yekdil fikir var və atılan müsbət addımlarla səfirlik də yaxın vaxtlarda fəaliyyətini bərpa edə bilər”.

AzVision.az



Teqlər: İran  





Xəbər lenti