Borrell İsraillə bağlı təcili iclas çağırır

   Borrell İsraillə bağlı təcili iclas çağırır
  09 Oktyabr 2023    Oxunub:1097
Aİ diplomatiyasının rəhbəri Cosep Borrell Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə iclasını çağıracaq.
"Sabah mən İsrail və regiondakı vəziyyəti nəzərdən keçirmək üçün Aİ xarici işlər nazirlərini fövqəladə toplantıya çağıracağam", - Borrell X sosial şəbəkəsində bildirib.

Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və "Əl-Əqsa Daşqını" əməliyyatının başladığını elan edib. Öz növbəsində İsrail HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti