Tehrandan uçan təyyarədə bomba həyəcanı: Uçuşlar dayandırıldı

   Tehrandan uçan təyyarədə bomba həyəcanı:    Uçuşlar dayandırıldı
  09 Oktyabr 2023    Oxunub:1123
Tehrandan gələn təyyarənin göyərtəsində bomba təhlükəsi yarandığı üçün Hamburq Beynəlxalq Hava Limanında əməliyyatlar tamamilə dayandırılıb. Bu barədə TASS NDR teleradio şirkətinə istinadən məlumat yayıb.
Təyyarə hava limanına enib, hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış aparılır. Təyyarədə olan 198 sərnişin və 16 ekipaj üzvü təyyarəni tərk edib. Hazırda onların baqajı yoxlanılır. Hava limanı reyslər göndərmir və qəbul etmir.

NDR-in məlumatına görə, federal polis e-poçt vasitəsilə aldıqları təhlükəni ciddi qiymətləndirir.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti