Gürcüstan Ermənistanla Azərbaycan arasında vasitəçilik təklif edib

   Gürcüstan Ermənistanla Azərbaycan arasında vasitəçilik təklif edib
  09 Oktyabr 2023    Oxunub:1112
"Gürcüstan Ermənistan və Azərbaycanın tam etimad göstərdiyi yeganə ölkədir".
AzVision.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
O, həmçinin qeyd edib ki, Tiflis həmişə xarici tərəfdaşları Gürcüstandan vasitəçi kimi istifadə etməyə dəvət edir.

“Bizim fərqliliyimiz Gürcüstanın uzun illərdir qonşularına qarşı yürütdüyü siyasətdən irəli gəlir. Biz Ermənistandakı və Azərbaycandakı dostlarımıza ortaq regional etimadın yaradılmasını təklif edirik", - Papuaşvili bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti