Britaniyada yəhudi restoranına hücum edilib

Britaniyada yəhudi restoranına hücum edilib
  09 Oktyabr 2023    Oxunub:1027
Fələstin-İsrail münaqişəsinin kəskinləşdiyi bir vaxtda Londonda yəhudi restoranı vandalların hücumuna məruz qalıb.
Bu barədə “Independent” qəzeti məlumat yayıb. Qeyd olunub ki, Londonun şimal-qərbində yerləşən, kaşrut yeməklərin verildiyi restoran vandalların hədəfinə çevrilib. Belə ki, cinayətkarlar şüşə qapını sındıraraq kassadan pul oğurlayıblar.

London polisi bildirib ki, İsrail və Fələstin arasında gərginləşən qarşıdurma fonunda asayişi qorumaq üçün şəhərin bəzi yerlərində patrulları artırıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti