İsrail ilə Livan arasında hərbi toqquşma başladı

   İsrail ilə Livan arasında hərbi toqquşma başladı
  09 Oktyabr 2023    Oxunub:1201
İsrail ilə Livan arasında hərbi toqquşma başlayıb.
Bu barədə İsrailin Müdafiə Ordusundan bildirilib. Qeyd olunub ki, hazırda İsrail helikopterləri Livanda əməliyyat keçirir.

Xatırladaq ki, daha əvvəl Livandan İsrail ərazisinə silahlı şəxslərin keçdiyi barədə məlumat yayılmışdı. “Bir qrup şübhəli şəxsin Livandan İsrail ərazisinə daxil olması barədə məlumat əldə edilib. SAXAL (İsrailin Müdafiə Ordusu - red.) qüvvələri hadisə yerinə göndərilib”, - məlumatda qeyd olunur.

Eyni zamanda bu gün Livanın cənubundan İsrail ərazisinə 12 raket atılıb. Lakin raket zərbəsini kimin həyata keçirdiyi haqqında məlumat verilmir.

AzVision.az


Teqlər:





Xəbər lenti