İsrail Qəzza sektorunda yerüstü əməliyyata başlayır

   İsrail Qəzza sektorunda yerüstü əməliyyata başlayır
  09 Oktyabr 2023    Oxunub:1068
ABŞ prezidenti Cozef Baydenin administrasiyası hesab edir ki, İsrail Müdafiə Qüvvələri yaxın 24-48 saat ərzində Qəzza zolağında yerüstü əməliyyata başlaya bilər.
Bu barədə “The Washington Post” mənbələrə istinadən yazıb. Bayden bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahuya tam dəstək vəd etmişdi.

İsrail ABŞ-dan “Dəmir Qübbə” raketdən müdafiə sistemi üçün raketlər, kiçik diametrli bombalar və pulemyotlar üçün döyüş sursatı istəyib və kəşfiyyat məlumatlarının mübadiləsi sahəsində əməkdaşlığı genişləndirməyi xahiş edib.

Qəzet yazıb ki, son hadisələr fonunda Bayden administrasiyası İsrailə kömək etmək üçün Konqresin razılığını ala biləcək. Qeyd edək ki, ABŞ Qəzza zolağı ətrafında gərginliyin hökm sürdüyü bir vaxtda Yaxın Şərqə əlavə 20-25 “F-35” və “F-15” qırıcıları göndərəcək.


AzVision.az


Teqlər:





Xəbər lenti