Kanslerin partiyası seçkilərdə ən böyük məğlubiyyətlə üzləşdi

Kanslerin partiyası seçkilərdə ən böyük məğlubiyyətlə üzləşdi
  09 Oktyabr 2023    Oxunub:1127
Kansler Olaf Şoltsun rəhbərlik etdiyi Almaniya Sosial Demokrat Partiyası (SPD) Hessen federal əyalətində keçirilən regional seçkilərdə uduzaraq, alınan səslərə görə antirekord vurub.
Bu barədə “Spiegel” jurnalının materialında deyilir. İlkin nəticələrə görə, Sosial Demokratlar yalnız 15,1% səs toplayıb. Nəşr qeyd edir ki, Hessendəki Almaniya Sosial Demokrat Partiyası heç vaxt bu qədər az səs toplamamışdı.

Bunun əksinə olaraq, Hessenin baş naziri Boris Reynin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı (CDU) 34,6% səslə qələbəni qeyd edib. Xristian Demokratlar son seçkilərlə müqayisədə xeyli irəliləyiş əldə ediblər. Almaniya üçün alternativ də 18,4% toplayaraq əhəmiyyətli uğur qazanıb.


AzVision.az


Teqlər:





Xəbər lenti