Ərəb ölkələri HƏMAS-ı pisləməkdən boyun qaçırdı

Ərəb ölkələri HƏMAS-ı pisləməkdən boyun qaçırdı
  09 Oktyabr 2023    Oxunub:893
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken İsraillə sülh sazişləri bağlamış ərəb xarici işlər nazirləri ilə danışıqlar aparıb və onları Fələstinin Həmas hərəkatının əməliyyatını pisləməyə çağırıb.
Bu barədə “Axios” portalı amerikalı məmura istinadən xəbər verib. “Blinken İsraillə sülh sazişi imzalayan ərəb ölkələrinin bir sıra xarici işlər nazirləri ilə danışıb və onlardan HƏMAS-ın işğalını pisləməyi xahiş edib”, - portal yazıb.

Nəşr ərəb ölkələrinin Blinkenin tələbini yerinə yetirmədiyini vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti