Şotlandiyanın birinci nazirinin qohumları Qəzzadan çıxa bilmir

   Şotlandiyanın birinci nazirinin qohumları Qəzzadan çıxa bilmir
  09 Oktyabr 2023    Oxunub:1156
Şotlandiyanın birinci naziri Həmzə Yusaf bildirib ki, onun qayınatası və qayınanası əvvəllər yaşlı qohumunu ziyarət etmək üçün gəldikləri Qəzza zolağından çıxa bilməyiblər.
Yusaf vurğulayıb ki, 2 milyondan çox insanın yaşadığı Qəzza zolağının mülki əhalisi Fələstinin HƏMAS hərəkatının İsrailə qarşı hücumlarından sonra yaranmış vəziyyətin girovu olub.

“Britaniya Xarici İşlər Nazirliyinin bütün səylərinə baxmayaraq, heç kim onların heç bir yerə təhlükəsiz keçməsinə zəmanət verə bilməz. Ona görə də elə bir vəziyyətdəyəm ki, əksər qəzzalılar kimi Həmasla heç bir əlaqəsi olmayan qayınatam və qayınanam səhərə qədər sağ qalacaqmı, bilmirəm”.

Bununla belə, Yusaf əlavə edib ki, həm o, həm də Şotlandiya hökuməti terrorçular hesab etdiyi HƏMAS-ın hərəkətlərini qətiyyətlə pisləyir.

AzVision.az


Teqlər:





Xəbər lenti