Ərdoğan Ermənistandan gözləntilərini açıqladı

   Ərdoğan Ermənistandan gözləntilərini açıqladı
  09 Oktyabr 2023    Oxunub:1132
Türkiyə Ermənistandan sülh və rifaha yönəlmiş bir siyasət gözləyir.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib. O qeyd edib ki, Ermənistan başda Zəngəzur dəhlizinin açılması olmaqla, vədləri yerinə yetirərsə, Türkiyə münasibətləri addım-addım inkişaf etdirməyə hazırdır.

"Ermənistan başda Zəngəzur dəhlizinin açılması olmaqla, vədləri yerinə yetirərsə, Türkiyə münasibətləri addım-addım inkişaf etdirməyə hazırdır”, - deyə o bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti