Hakan Fidan Bakıya gəlir

   Hakan Fidan Bakıya gəlir
  09 Oktyabr 2023    Oxunub:1122
Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Azərbaycana səfər edəcək.
Bu barədə Türkiyə XİN məlumat yayıb. Qeyd olunub ki, Türkiyənin xarici işlər naziri Şuşada keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 27-ci iclasında iştirak edəcək.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın daxil olduğu regional dövlətlərarası iqtisadi strukturdur. Azərbaycan 1992-ci ildən İƏT-in üzvüdür.

AzVision.az


Teqlər:





Xəbər lenti