"HƏMAS İsraildə məqsədlərinə çatıb və danışıqlara hazırdır"

   "HƏMAS İsraildə məqsədlərinə çatıb və danışıqlara hazırdır"
  10 Oktyabr 2023    Oxunub:1121
HƏMAS hərəkatı İsraildəki əməliyyatının məqsədlərinə nail olub. Hazırda istənilən müzakirələrə və siyasi dialoqa açıqdır
AzVision.az xəbər verir ki, bunu “Əl-Cəzirə” telekanalına müsahibəsində HƏMAS Siyasi Bürosunun üzvü Musa Əbu Mərzuk deyib.

Əbu Mərzuk hərəkatın danışıqlara açıq olduğunu vurğulayıb.

Qeyd edək ki, oktyabrın 7-də Həmas İsrailə bir neçə min raket atdı və "Əl-Əqsa Daşqını" əməliyyatının başladığını elan etdi. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.

İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlandırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti