İrəvan meriyasının qarşısında aksiya keçirilir

İrəvan meriyasının qarşısında aksiya keçirilir
  10 Oktyabr 2023    Oxunub:1304
İrəvanda etiraz aksiyası keçirilir.
AzVision.az xəbər verir ki, bir neçə ictimai təşkilatın nümayəndəsi Ağsaqqallar Şurasının ilk iclasının və paytaxt merinin seçkilərinin keçiriləcəyi Yerevan meriyasının qarşısına toplaşıblar.

Etirazçılar mitinqə “Sənin mandatın yoxdur” plakatları ilə qatılıblar. Onlar hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndəsi Tiqran Avinyanın namizədliyinə etiraz edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti