Sülhməramlı həkim yaşlı erməniyə yardım göstərib - VİDEO

Sülhməramlı həkim yaşlı erməniyə yardım göstərib -    VİDEO
  10 Oktyabr 2023    Oxunub:813
Rusiya sülhməramlı kontingentinin xüsusi təyinatlı tibb bölməsinin hərbi həkimləri Qarabağda yaşayan ermənilərə yardım göstəriblər.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Sülhməramlı Kontingenti məlumat yayıb.

Qeyd edilir ki, “Tibbi xidmətlə bağlı yardım istəyən yerli sakinlərdən biri Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olan ərazidəki mühafizə postlarından birinə gəlib. Daha sonra o, sülhməramlıların baza düşərgəsinə aparılıb və orada ona ixtisaslı tibbi yardım göstərilib. Hazırda o, reabilitasiyası ilə bağlı gələcək qərarların qəbul edilməsi üçün Rusiya sülhməramlı kontingentinin tibb bölüyünün mütəxəssislərinin nəzarəti altındadır".

Tural Tağıyev
AzVision.az



Teqlər: Sülhməramlı  





Xəbər lenti