"Sülhməramlılar ABŞ və Aİ-dən fərqli olaraq sülhü təşviq etməyə hazırdır" - Lavrov

   "Sülhməramlılar ABŞ və Aİ-dən fərqli olaraq sülhü təşviq etməyə hazırdır"    - Lavrov
  10 Oktyabr 2023    Oxunub:1328
Qarabağdakı Rusiya sülhməramlı kontingenti ABŞ və Avropa İttifaqının (Aİ) qeyri-sabitlik yaydığı bir vaxtda Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına kömək etməyə hazırdır.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov yazdığı məqalədə məlumat verib.

O qeyd edib ki, "İndi Brüssel öz geosiyasi ambisiyalarının qayğısına qalaraq, "vasitəçilik xidmətlərini" Azərbaycan və Ermənistana yükləyir. Onlar Vaşinqtonla birgə Cənubi Qafqazda sabitliyin pozulmasına səbəb olurlar. Hazırda İrəvan və Bakı liderləri iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra dinc həyatın bərqərar olması və etimadı möhkəmləndirməyin vaxtı çatıb. Rusiya sülhməramlı kontingenti isə buna hər cür töhfə verməyə hazırdır".

Tural Tağıyev
AzVision.az



Teqlər: Sülhməramlı   Rusiya   Lavrov   Qarabağ   ABŞ  





Xəbər lenti