İranda bəzi avtomobillərin qiyməti 50 - 200 milyon tümən civarında bahalaşıb

İranda bəzi avtomobillərin qiyməti 50 - 200 milyon tümən civarında bahalaşıb
  10 Oktyabr 2023    Oxunub:1209
HƏMAS silahlı qruplaşmasının İsrailə hücumundan iki gün sonra İran mediası bu hadisənin ölkə iqtisadiyyatına və bazarına təsirsiz ötüşmədiyini yazıb.
AzVision.az “Eqtesad” saytına istinadən xəbər verir ki, valyuta və qızılın qiymətindən sonra İranda bəzi avtomobillərin də qiyməti artıb. Məlumatda idxal edilən yapon avtomobillərinin qiymətlərinin kəskin şəkildə artığı və İran bazarında “Lexus” modellərindən birinin bir gündə 200 milyon tümən bahalaşdığı bildirilir.

Bundan başqa, “Nissan Juke” avtomobili 70 milyon tümən, ən azı iki “Toyota” modeli isə 50 milyon tümən bahalaşıb. “Etemad” qəzetinin yazdığına görə, yerli istehsal olan avtomobillərin də qiymətləri 2-15 milyon tümən arasında artb.

Habelə qızıl və zinət əşyaları birliyinin rəhbəri “Xəbəronline” saytına açıqlamasında şənbə günündən bu yana İran bazarında qızıl sikkələrin qiymətinin 2,5 milyon tümən artaraq 30 milyon tümənlik sərhədi keçdiyini bildirib.

Həmçinin İranın açıq bazarında indiyədək 52 min tümənə satılan ABŞ dollarının məzənnəsi 53 min tüməni keçib.
AzVision.az


Teqlər: maşınlar   bahalaşma  





Xəbər lenti