İsrail ordusu HƏMAS-ın 1500 silahlısını məhv etdi

   İsrail ordusu HƏMAS-ın 1500 silahlısını məhv etdi
  10 Oktyabr 2023    Oxunub:1051
İsrail ordusunun (ÇAXAL) “Dəmir qılnc” əməliyyatına başlamasından bəri İsrail ərazisində məhv edilən HƏMAS silahlılarının sayı 1500-ə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə “Skay Nyus” İsrail ordusuna istinadla məlumat yayıb.

Bildirilib ki, İsrail ərazisində 1500 silahlının cəsədi tapılıb.

Qeyd edək ki, İsrail 7 oktyabrda HƏMAS-ın kütləvi hücumu ilə başlayan müharibədə indiyə qədər 123 hərbçi itirdiyini açıqlayıb. Eyni zamanda, ölkənin Livanla sərhədindəki toqquşmada da İsrail bir polkovnik-leytenantının həlak olduğunu təsdiqləyib.

AzVision.az



Teqlər:





Xəbər lenti