Rusiya-Ermənistan münasibətlərinin aktual məsələləri müzakirə olunub

Rusiya-Ermənistan münasibətlərinin aktual məsələləri müzakirə olunub
  10 Oktyabr 2023    Oxunub:871
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Vaqarşak Arutyunyanla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, görüş dünən baş tutub.

Məlumata görə söhbət zamanı Rusiya-Ermənistan münasibətlərinin bəzi aktual məsələləri müzakirə olunub.

Qeyd edək ki, son bir ayda Ermənistan Rusiya ilə olan isti münasibətlərini xeyli gərginləşdirib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti